Xarici Mətbuat

Gündəm xarici media vasitələrində:

415795
Xarici Mətbuat

Serbiya, Blic Qəzeti: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: "Suriya tonqalına odun atan hər kəs çox yaxında özünü eyni tonqalın içində görəcək. Bu, səmimiyyətlə ifadə edilmiş, dostca bir xəbərdarlıqdır" dedi. Ərdoğan miqrantların vətənlərinə dönmələrini təmin etmək üçün Suriyada “uçuşa bağlı” zona elan edilməsini təklif etdi".

Yaponiya, NHK TV: " Noyabrın 15-dən etibarən Türkiyədə keçirilməsi planlaşdırılan G20 Sammitində sədrlik edəcək Prezident Ərdoğan sammitdə dünya iqtisadiyyatının problemləri ilə yanaşı vətəndaş müharibəsinin davam etdiyi Suriya məsələsi ilə əlaqədar ABŞ və Rusiya kimi ölkələrin liderlərilə görüş planından danışdı".

ABŞ, Bloomberg TV: "Türkiyədə cari hesabların ard-arda iki ayda da çox olamsı səbəbbindən Türk lirəsi dəyər qazandı. İstiqrazlar və səhmlər də yüksəldi".

ABŞ, Bloomberg TV: "Türk Hava Yolları (THY) aralarında bazarın keçmiş lideri Deutsche Lufthansa AG-nin də olduğu rəqiblərinin reyslərinin tələbat azlığı səbəbindən azalmasından sonra Rusiyaya xidmət verən ən böyük xarici hava yolu şirkəti oldu".

Rusiya, Interfax: "Rusiya Energetika Nazirinin Müavini Anatoliy Yanovskiy Antalyada keçiriləcək G-20 Sammitində müzakirələr zamanı "Türk Axını" təbii qaz boru xəttinin inşası məsələsi ilə əlaqədar Türkiyə tərəfi ilə görüşə biləcəklərini bildirdi. Ancaq sözügedən layihəyə dair hökümətlərarası sazişin yaxın gələcəkdə imzalanması gözlənilmir".


Etiketlәr:

Әlaqәli Xәbәrlәr