"Ria Novosti", DPA, TVR 1, ABC və Əl-Cəzirə xəbər verir

Xarici mətbuat

389644
"Ria Novosti", DPA, TVR 1, ABC və Əl-Cəzirə xəbər verir

* Rusiyanın “Ria Novosti” qəzeti yazır:
"Cümə axşamı günü Ankarada terrora qarşı birlik yürüşü təşkil edilib. Yürüşə on minlərlə adam qatılıb. Türkiyənin qeyri-hökumət təşkilatları və həmkarlar ittifaqları tərəfindən keçirilən yürüş Sıhhiye meydanından başlayıb, Ulus səmtində mitinqlə sona çatıb. Hər yaşdan və hər məsləkdən olan insanlar əllərində Türk bayraqları ilə yürüyüblər. Təşkilatçılar yürüşə qatılan hər kəsə qırmızı-ağ papaq paylayıb.
"Terrora xeyr, qardaşlığa bəli" və "Şəhidlər ölməz, Vətən bölünməz" mitinqin əsas şüarları olub.

* Almaniya Mətbuat Agentliyi DPA yazır:
"Xarici İşlər naziri Frank Volter Steinmeyer (Frank-Walter Steinmeier) (SPD - Sosial Demokrat Partiyası) qaçqın böhranı ilə bağlı cümə günü Türkiyəyə gəlib. Steinmeyer Baş nazir Əhməd Davudoğlu ilə görüşəcək və görüşdə qaçqın böhranından danışılacaq.
Təkcə Suriyadan qəbul etdiyi qaçqın sayı təxminən iki milyonu aşan Türkiyə bu problemdən əziyyət çəkən ölkələrin başında gəlir."

* Rumıniyanın TVR 1 telekanalında səslənib:
"Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bəzi Avropa ölkələrinin qitədəki köç probleminə bir həll olaraq qaçqınların yolu üzərində divarhörmə qərarını tənqid edib. Ərdoğan, eyni zamanda, Avropa ölkələrinin müsəlman immiqrantların dalğası qarşısındakı tərəddüdlərinə də qarşı çıxıb."
* İspaniyanın ABC qəzeti yazır:
"Yunan səlahiyyətlilər çox sayda qaçqının Türkiyə-Yunanıstan sərhədindən Meriç çayı boyu qurudan ölkə torpaqlarına girməsi cəhdlərindən narahatdır. Minlərlə suriyalı son günlər o bölgədə etiraz nümayişi edərək dənizdə boğulma riskinə qarşı sərhəd qapılarından keçib Avropa İttifaqı torpaqlarına girmək istədiklərini bildirib."

* Qətərdən yayımlanan Əl-Cəzirə televiziyası xəbər verib:
"Məscidi-Əqsaya hücumlara qarşı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: “Burada meydana gələn təxribat elə bir səviyyəyə çatıb ki, ona heç bir bəhanə gətirilə bilməz. Məsələnin təcili həll olunmasını arzu edirəm. Əks halda, bütün görüntülər narahatlıq doğurur".

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr