Xarici mǝtbuat 17-09-2015

Xarici mǝtbuatda ǝks edǝn xǝbǝrlǝr

389280
Xarici mǝtbuat 17-09-2015

APA, Azərbaycan “Azərbaycanda səfərdə olan Türkiyə Xarici İşlər naziri Feridun Sinirlioğlu, görüşlərindəki ən əhəmiyyətli mövzunun Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan torpaqlarının işğalının davam etməsi olduğunu bildirib: “Regional təhlükəsizlik və inkişafın qarşısında duran ən böyük problem olaraq gördüyüm bu mövzu, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. ATƏT-in Minsk qrupunun səylərini təqib edir və lazım olduğunda onları tənqid etməyə çalışırıq. Problemin dərinləşməsinə səbəb ola biləcək addımlardan qaçılmalıdır. Dağlıq Qarabağda keçirilən “seçki” səhvdir və təxribat xüsusiyyətli bir addımdır, biz bunu qınayırıq” deyə bildirib. ”

Kun.uz, Özbəkistan: “Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın, DEAŞ terror təşkilatı ilə əlaqəsi olan 165 nəfərin həbs olunduğunu bildirib. Bu arada Türkiyə, təhlükəsizlik səbəbiylə İran ilə olan üç nəzarət keçid məntəqəsini bağlayıb.”
DPA, Almanya: “Yüz minlərlə qaçqın Almaniyaya gelir və çoxları onların ehtiyaclarının qarşılanmasına və ölkəyə uyğunlaşmasına kömək edir. Almaniya Diyanət İşləri Türk İslam Birliyi (DİTİB) və Almaniya Müsəlmanları Mərkəzi Şurası (ZMD) hər kəsi qaçqınlara kömək etməyə çağırıb.”
AFP, Fransa: “ABŞ prezidenti Barak Obama, Twitter hesabında yazdığı bir mesajla, Texasda, məktəbə apardığı bir saatı bomba zənn edərək polis tərəfindən haqsız yerə nəzarətə alınan Müsəlman şagirdini Ağ Evə dəvət edib.. Mesajında Obama, “Gözəl saatdır, Əhməd. Onu Ağ Evə gətirmək?” deyə müsajda bildirib.”


Etiketlәr:

Әlaqәli Xәbәrlәr