Xarici Mǝtbuat 14.09.2015

Xarici mǝtbuatın xülasǝsi

349398
Xarici Mǝtbuat 14.09.2015

Gürcüstan, “Rustavi 2”: ‘Türkiyidə, qeyri-qanuni yollala Yunanıstana keçmək istəyən 2 min 400 miqrantın həyatı xilas olunub. Sahil Təhlükəsiz qruplarının verdiyi məlumata görə son dörd gündə, Bodrum, İzmir və Aydında 77 xilasetmə əməliyyatı təşkil edilib. Bu əməliyyatlarda tutulanların böyük bir qisimi Əfqanıstan və Suriya vətəndaşıdır. Avropa İttifaqının məlumatlarına görə, bu il Avropa sərhədini 430 min qeyri qanuni miqrant keçib”.

**
Almaniya, “Badisch Zeitung”: “Almaniyanın Mannheim şəhərində 3 min Türk əllərindəki bayraqlarla, PKK terror təşkilatına qarşı yürüyüş təşkil edib. Avropalı Türk Demokratlar Birliyinin (UETD) çağırışı ilə təşkil edilən yürüyüşdə, İstiqlal Marşı oxunaraq, terrora qarşı şüarlar səsləndirilib”.
**
Fransa, AFP: “İslam Əməkdaşlıq Təşkilatı (İƏT), 240 min nəfərin ölümünə səbəb olan və 2011-ci ildən döyüşün davam etdiyi Suriyada sabitliyi təmin etmək məqsədi ilə Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət edib. Tərkibində 57 üzv ölkə olan İƏT, BMT Təhlükəsizlik Şurasını, bu günə qədər dörd milyon insanı evindən uzaqlaşdıran bu döyüşün yerlebir etdiyi Suriyada təhlükəsizliyi və sabitliyi təmin etmək üçün təcili olaraq sülh əməliyyatı başlatmağa çağırıb.
**
İngiltərə, REUTERS: “İraqın liderlərindən olan Mukteda el Sǝdr, Bağdadda qaçırılan 18 Türk işçinin sərbəst buraxılmasını təmin etmək üçün hökumətə kömək etməyə hazır olduğunu söyləyib. Sadr, məsələ ilə bağlı “Şəxsən mən, İslam adına, səbəb nə olursa olsun - siyasi və ya maddi, qaçırılanların sərbəst buraxılmasını tələb edirəm” deyə bildirib. Qeyd edək ki, Sadr bu mesajı, girovların sərbəst buraxılması üçün Ayətullah əl-Uzma Ali əl Sistaninin etdiyi çağırışdan sonra yayıb”.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr