Xarici mǝtbuat 09.09.2015

Almaniya- “Der Tagesspiegel”: “PKK-da Alman Silahları”

377111
Xarici mǝtbuat 09.09.2015

Almaniyanın “Der Tagesspiegel” qəzeti, Türk ictimaiyyətində, PKK terror təşkilatının Türkiyənin təhlükəsizlik qüvvələrinə qarşı hücumlarında Almaniyadan gələn silahlardan istifadə etdiyi fikrinin hökm sürdüyünü yazıb.
Prezident Rəcəb Tayyib Ərdoğanın, dövlətin terrora cavab verəcəyi şərhindən sonra, Dağlıcadaki hücumu təşkil edərək yenidən İraqa geri çəkilən PKK üzvlərini izlǝmǝk üçün Türk ordusunun xüsusi təyinatlılarının illərdən sonra ilk dəfə yenidən İraq sərhədini keçdiyini yazan qəzet, İraqın şimalında PKK-nın mərkəzi qərargahı və bir çox sığınacaqları olduğunu xatırladıb.

İtaliya- “ASKANEWS” “Ərdoğan: “Ölkəni terrororçulara təslim etməyəcəyik”

Qəzet xəbərində, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, ölkənin cənub-şərqində aralarında polis məmurları və əsgərlərin də olduğu otuz nəfərin terror hücumunda həlak olmasından sonra verdiyi açıqlamada, ölkəni terrorçulara təslim etməyəcəyini söylədiyini qeyd edib.

Prezident Sarayındaki çıxışında Ərdoğan, “Təslim olmayacağıq və bu milləti əsla terrorçulara təslim etməyəcəyik” deyib.
Azərbaycan Modern.az saytı: “Terrora qarşı əl-ələ verin”
Azərbaycanın Modern.az internet saytında, hər gün şəhid cənazələri gəldiyi, sonra terror aktlarının etiraz edildiyi, lakin atəşin düşdüyü yeri alışdırdığı qeyd edilib.
Məqalədə “Şəhid cənazələrinin kölgəsindən yüksələn "'vətən bölünməz!" sözü kim bilir kimlərin ürəyinə qorxu salır. Bu ürək, bu dayanıqlılıq nə böyük və tükənməz xəzinə. O halda qorxaqlıq, ümidsizlik və tənbəllik bizim kitabımızda yoxdur! Ey bu ölkəni həqiqətən sevən dostlar! Unutmayın, şəhidlər ölməz, vətən bölünməz! Amma səbr etməyin, susmayın, terrora qarşı əl-ələ verin, bir olun! Səbr edərsəniz, bir olmazsanız, şəhidlər ölər, vətən bölünər! Mənim Qarabağım kimi.” deyə bildirilir.
İSPANYA- La Vanguardia: “Aİ Türkiyədəki terror aktlarını qınadı”
İspaniyanın “La Vanguardia” qəzeti, Avropa İttifaqının Türkiyədə getdikcə artan şiddətdən və ümumi təhlükəsizlik vəziyyətindən narahat olduğunu bildirib. Xəbərdə sözçü Kocijanicin, “Daha əvvəl də ifadə etdiyimiz kimi PKK tərəfindən təşkil edilən terror aktlarını şiddətlə qınayır, problemin həlli üçün şərtsiz bir atəşkəsin təcili olaraq təmin edilməsinə çağırırıq” sözlərinə yer verilib.
Fransa- AFP
Fransanın xəbər Agentliyi, Baş nazir Manuel Vallsin yalnız “Xristian” qaçqınları qəbul etmək istədiyini açıqlayan iki bələdiyyə başçısına, “qaçqınlara “dinlərinə görə” ayrı-seçkilik etmək olmaz cavabı” barədə yazıb.
Xəbərdə bildirilir ki, Baş nazir, Parisdəki “Nazareth” Sinaqoqunda etdiyi çıxışı zamanı “qaçqınlar” əlbəttə ki müəyyən qaydalarla və ciddi bir təşkilatlanma ilə qarşılanmalıdır. Valls, “Yalnız dinə görə ayrı-seçkilik edilə bilməz. Sığınacaq hər kəsin haqqdır” deyə bildirib.
Müxalif sağ partiya üzvü Roanne və Belfort Bələdiyyə başçıları yalnız “Xristianları” qəbul edəcəklərini bildirmişdi. Bələdiyyə başçılarının sözlərinə, Daxili İşlər naziri Bernard Cazeneuve və Katolik Kilsəsi səlahiyyətliləri tərəfindən da sərt reaksiya verilmişdi.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr