Xarici mǝtbuatın xülasǝsi 08-09-2015

Xarici mǝtbuatın xülasǝsi 08-09-2015

343507
Xarici mǝtbuatın xülasǝsi 08-09-2015

Amerika Birləşmiş Ştatlarının Associated Press xəbər agentliyi Almaniyanın xarici kəşfiyyat üzrə Federal Kəşfiyyat Xidməti BND-də, DEAŞ terror təşkilatının xardal qazı istifadə etdiyinə dair dəlillər olduğunu yazıb.
Associated Pressin Alman qəzeti Bild-ə əsasən bildirdiyi xəbərə görə, BND DEAŞ ilə toqquşmalarda iştirak etmiş kürdlərdən qan nümunələri toplayıb.
BND Kəşfiyyat Xidmətinin rəhbəri Gerhard Schindler qəzetə verdiyi müsahibədə xardal qazı Səddam Hüseyn dövründə istehsal edilən köhnə İraq ehtiyatlarından alınmış, ya da Mosul Universitetinin ələ keçirilməsindən sora DEAŞ təşkilatı tərəfindən istehsal edilmiş ola biləcəyini söyləyib.
IRAQ- RUDAV: "SURİYA NEFTSİZ QALA BİLƏR"
İraqın Rudav qəzetində dərc olunan xəbərə görə, DEAŞ separatçıları ağır toqquşmalardan sonra Suriya ordusunun nəzarətində olan Cezil neft quyularını öz nəzarəti altına alıblar.
Suriyanın qərbindəki Homs şəhərindəki Cezil neft ehtiyatları Suriya hökuməti nəzarətində qalan yeganə neft quyuları idi.
Ötən üç ildə Suriya rejimi, ölkədəki neft quyularının çoxuna nəzarəti itirib.
Neft ehtiyatlarının çoxu, ölkənin şərqindəki Hasekǝ və Deyr əl Zorda yerləşir.
Müşahidəçilərə görə Cezil neft quyularına nǝzarǝtin DEAŞ-a keçməsi halında Suriya hökuməti yanacaq böhranı yaşayacaq. Çünki Suriya hökuməti ordu və dövlət qurumlarının ehtiyaclarının böyük hissǝsini bu neft quyularından qarşılayırdı.


İNGİLTƏRƏ -REUTERS :”RUSYANIN SURİYA SİYASƏTİNDƏ DƏYİŞİKLİK YOXDUR"
Reuters agentliyinin verdiyi xəbərə görə, Rusiya Xarici İşlər Nazirliyi bazar günü Suriyadakı müxbirǝ və münaqişə ərzində dəstək verdiyi Suriya Prezidenti Bəşər Əsədin gələcəyi məsələsindəki mövqeyinin dəyişdiyinə dair mediada yer alan xəbərlərin "uydurma və yalan" olduğunu söyləyərək qınayıb.
Nazirliyin verdiyi açıqlamada "Tək başımıza, ya da başqa biri ilə əməkdaşlıq edərək xarici dövlət başçılarını nə vəzifəyə gətirə, nə də vəzifədən azad edə bilərik" deyilib.


RUSİYA-KOMMERSANT :"TÜRKİYƏ TÜRK AXININDAN İMTİNA ETMƏDİ"
Rus qǝzeti Kommersantın, TASS agentliyinə istinadən verdiyi xəbərə görə Qazprom İdarə Heyətinin Sədr Müavini Aleksandr Medvedev Türkiyənin "Türk Axını" təbii qaz boru kəmərinin ikinci, üçüncü və dördüncü fazalarından imtina etmədiyini açıqlayıb.
Kommersantın daha əvvəl bildirdiyi kimi, Türkiyə "Türk Axını" təbii qaz boru xəttinin ilk mǝrhǝlǝsi ilə əlaqədar hökumətlərarası müqavilə təklifini Rusiya Federasiyasına təqdim edib.
Amma Kommersant qəzetinə müsahibə verən mənbələrǝ görǝ Türkiyədə hökumət qurulmadan əvvəl bu müqavilənin imzalanması mümkün deyil.

BƏHREYN- DT NEWS :"TÜRKİYƏ FƏRQLİ İNSANLARIN GÖRÜŞDÜYÜ YERDİR"
DT News-un müəllifi Məhəmməd Azam İstanbuldakı məşhur Qapalı Bazar haqqında yazdığı məqaləsində bazarı müxtəlif ölkələrdən gələnlərin görüş yeri kimi dəyərləndirib: "Bəli, Bizansın və Osmanlının yüksəlişinə və süqutuna şahidlik etmiş bu tarixi şəhər dünyanın dörd bir tərəfindən minlərlə turisti cəlb edən bir turizm mərkəzinə çevrilib. Bu səhnə yalnız Qapalı Bazar ilə məhdud deyil, Nuruosmaniyyə Məscidi, Sultan Əhməd Məscidi, Müqəddəs Sofiya Məbədi və daha bir çox yer turist kütləsini cəlb edir" deyǝn Azam, şəhərin çox izdihamlı olmasına baxmayaraq London kimi insanı yormadığını qeyd edib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr