XARİCİ MӘTBUAT

Keçәn hәftә Türkiyә hәyatında baş verәn olaylarla bağlı xarici mediada yer alan şәrhlәrdәn bәhs edәn mәtbuat turumuza başlayırıq.

199794
XARİCİ MӘTBUAT

Keçәn hәftә Türkiyә hәyatında baş verәn olaylarla bağlı xarici mediada yer alan şәrhlәrdәn bәhs edәn mәtbuat turumuza başlayırıq.
Amerika Birlәşmiş Ştatlarının “AP” agentliyindә dәrc olunan “Somalidә tikinti layihәlәrinә başladıldı” başlıqlı yazıda dövlәt başçısı Rәcәb Tayyib Ərdoğanın Somaliyә sәfәrinә, xüsusilә paytaxt Moqadişuda hәyata keçirilәn layihәlәrә diqqәt çәkilir. Qeyd olunur ki, Ərdoğan Moqadişu hava limanında Türk şirkәtlәri tәrәfindәn inşa edilәn terminalin açılışında iştirak edib.
Somali dövlәt başçısı Hәsәn Şeyx Mahmud Türkiyәyә ölkәsindәki ağır vәziyyәtә baxmayaraq Somaliyә sәrmayә qoyduqları üçün tәşәkkür edib. Agentlik Türk Hava Yollarının yeganә beynәlxalq şirkәt olaraq Moqadişuya uçuşları davam etdirdiyinә toxunaraq yazır ki, Somalidә türk şirkәtlәrinin yollar, xәstәxanalar vә hava limanı da daxil olmaqla bir çox sahәlәr üzrә inşaat layihәlәri var. Bundan başqa, Türkiyә qeyri-hökumәt tәşkilatları Somalidә dә faaliyyәt göstәrir vә Somalili tәlәbәlәr üçün tәqaüd proqramları hәyata keçirilir.
İranın “Fars Xәber” agentliyindә isә “Pakistan-Türkiyә hәrbi әlaqәlәri” başlıqlı mәqalә dәrc olunub. Yazıda bildirilir ki, iki ölkә arasında hәrbi anlaşmaya әsasәn, birgә zirehli texnika istehsal edilәcәk. Hәr iki ölkә rәsmilәrinin 2014-cü ildә imzaladıqlari razilaşma artıq quvvәyә minir, reallaşır. Agentlik xüsusi olaraq vurğulayır ki, Türkiyә Pakistanı döyüş texnikaları, o cümlәdәn F-16 tәyyarәlәrinin müәyyәn hissәlәri ilә tәmin etmәkdә önәmli rola malikdir. Pakistan hәrbi mütәxәssislәri dә bu fikirdәdir ki, Rusiya, Çin vә Türkiyә ilә imzalanan hәrbi әmәkdaşlıq müqavilәlәri xüsusi qeyd olunmalıdır.
Fransanın “Frans-Press” agentliyi isә “terrora qarşı ortaq bır cәbhә” başlıqlı yazıda Ankaranın bu istiqamәtdә olan fәaliyyәtinә, xüsusilә İstanbulda keçirilәn İslam Əmәkaşlıq Tәşkilatının toplantısında dövlәt başçısı Rәcәb Tayyib Ərdoğanın "Bәlkә fәrqli dillәrdә danışırıq, fәrqli yerlәrdәn gәlirik, etnik kökümüz fәrqli, ancaq terrorizm vә irqçilik qarşısında bütün bu fәrqliliklәri bir kәnara qoymalıyıq" xitabına dıqqәt çәkib. Mәqalәdә deyilir ki, çıxışında Suriya vә Iraq topraqlarının bir hissәsini işğal edәn, "İslam’ı bәhanә edәrәk müsәlmanları öldürәn terror tәşkilatı “İŞİD”-i tәnqid edәn Ərdoğan BMT Tәhlükәsizlik Tәşkilatının beş daimi üzvü arasında bir müsәlman ölkәsinin olmamasını tәәssüflә bildirib. Dövlәt başcısı Tәhlükәsislik Şurasının Orta Şәrq mәsәlәlәri ilә bağlı qәrarlarını da sәrt tәnqid edib.
Əfqanıstanın “JOMHOR NEWS” xәbәr portalında isә “Suriya sәrhәdlәri tamamilә bağlanmayacaq” başlıqlı yazıda baş nazir Əhmәd Davudoğlunun bu mәsәlәdә ölkәsin mövqeyi ilә bağlı açıqlamasına dıqqәt çәkilir. Bildirilir ki, Türkiyә Suriya ilә sәrhәdlәri bağlamayacaq. Çunki xaricdәn yaraqlıların terror tәşkilatı “İSİD”-ә qoşulmasının qarşısını almaq mәqsәdilә Suriya ilә sәrhәdlәrin bağlanması heç dә bütün hallarda Ankara üçün mәqbul deyil. Portalda baş nazir Davudoğlunun İngiltәrә baş naziri David Kemeron ilә Suriya, Iraq vә “İŞİD” mövzusunda iki ay müddәtindә dörd dәfә görüşdüyü xatırlanır vә onun “Biz, sәrhәdi bağlaya bilәrik, amma yaraqlıları әrazidәn kim çıxaracaq?”-, sualı xüsusi qabardılır.
Hörmətli dinləyicilər, “Türkiyə ötən həftə xarici mətbuatda” silsiləsindən bu gün Amerika Birlәşmiş Ştatlarının “AP”, İranın “Fars Haber”, Fransanın “Frans-Press” vә Əfqanıstanın “JOMHOR NEWS” agentliklәrindәn ötən həftə Türkiyə, ilə bağlı çıxan məlumatları nəzərinizə çatdırdıq.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr