XARİCİ MӘTBUAT-10-12-2014

Xarici mətbuatda Türkiyə ilә bağlı әks olunan xəbərləri diqqәtinizә çatdırırıq.

143800
XARİCİ MӘTBUAT-10-12-2014

Xarici mətbuatda Türkiyə ilә bağlı әks olunan xəbərləri diqqәtinizә çatdırırıq.
İraqın Rudaw qəzetində bildirilir ki,
Prezident Rəcəb Tayyib Ərdoğan, Litva prezidenti Dalia Grybauskaite ilə görüşüb. Ərdoğan daha sonra Prezident Sarayında jurnalistlərin suallarını cavablandırıb.
İŞİD ilə mübarizənin yalnız hava əməliyyatlarıyla mümkün olmadığını ifadə edən prezident Ərdoğan, “quruda da əməliyyatA zәrurәt var. Azad Suriya Ordusu quru әmәliyat üçün hәr baxımdan hazır vәziyyәtdәdir. Onlar Suriyanın övladlarıdır” deyə bildirib.
Polşa qazetində qeyd olunur ki,
Türkiyə baş naziri Əhməd Davudoğlu, Varşavada, polyaklar üçün viza rejimini ləğv edəcəyini söyləyib.
Polşanın baş naziri Eva Kopaç isə “Polşalı turistlər üçün bu yaxşı bir xəbərdir” deyə bildirib.
Baş nazirlər, Polşa-Türkiyə arasındakı uzun müddətli əlaqənin, müstəsna bir nümunə olduğunu ifadə edib. Davudoğlu, 600 il müddətində iki ölkə arasında arzu edilmәyә heç bir problemin yaşanmadığını vurğulayıb.
Kopaç isə iki ölkənin, diplomatik əlaqələrinin 600 illini birlikdə qeyd etməsini, nadir bir hadisə olduğunu sәslәndirib.
ABŞ mətbuatında isə bildirilir ki,
Yunanıstan və Türkiyə, iki ölkə arasındakı iqtisadi əlaqələri inkişaf etdirəcəklərini təsdiq etsә dә tәrәflәr arasında enerji və Kıbrıs mövzusundakı fikir ayrılıqları var.
Türkiyənin baş naziri Əhməd Davudoğlu, Yunanıstanın paytaxtı Afinaya reallaşdırdığı iki günlük səfəri çәrçivәsindә Afinada Yunanıstan və Türkiyə arasındakı əlaqələr mövzusunda keçirilən foruma qatılıb.
Davudoğlu, “Təbii ki iki qonşu arasında fikir ayrılıqları var. Əksinin olması qeyri-mümkündür. Ancaq hәr iki tәrәfin atdığı addımların Şәrqi Ağdәniz bölgesindә inkişafa töhvә verәcәyinә inanıram” deyә vurğulayıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr