Xarici Mətbuat - 05.11.2014

Ötən həftə Türkiyədə cәrәyan edәn proseslәrlә bağlı xarici mətbuatda dərc olunan xəbərləri diqqətinizə çatdırırıq.

181610
Xarici Mətbuat - 05.11.2014

Ötən həftə Türkiyədə cәrәyan edәn proseslәrlә bağlı xarici mətbuatda dərc olunan xəbərləri diqqətinizə çatdırırıq. 

YUNANİSTANIN “ONALERT” QƏZETİNDƏ “İSTANBULDA DOSTLUQ GÖRÜŞMƏSİ” ADLI MƏQALƏ DƏRC OLUNUB.
Avropa Birliyinin yeni Miqrasiya və Daxili İşlər Komissarı Dmitris Avramopoulos, İstanbulda dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə "dostluq" olaraq xarakterizə edilən bir görüş həyata keçirib. Avramopoulos və Ərdoğan, görüşdə regionda baş verənlər təhlükəsizlik və iqtisadi iş birliyi kimi mövzuları nəzərdən keçiriblər.
İRANIN “MEHR” QƏZETİ YAZIR
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif, Əfqanıstan və ətrafında sabitliyin təmin edilməsi üçün '' İstanbul Prosesi Dördüncü Xarici İşlər Nazirləri Konfransı '' çərçivəsində xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb. İki ölkə xarici işlər nazirləri həmçinin İranın altılıq ölkələri qrupu ilə nüvə müzakirələri barəsində danışıb və Türk tərəfi, müzakirələrin irəliyə doğru getməsini yüksik qiymәtlәndirib. Çavuşoğlu ilə görüşündə, iki ölkə arasındakı ticarət həcmi və əlaqələrin artması üçün İran və Türk səlahiyyətlilərinin fikir mübadiləsi aparmalarının lazım olduğunu vurğulayan Zərif, xarici işlər nazirini İrana dəvət edib.
Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu da görüşdə iki ölkənin dostluq üzərinə qurulan yaxşı əlaqələrә toxunub və mövcud potensialın nəzərə alınmasını vurğulayıb. İran xarici işlər naziri iki ölkə arasındakı әmәkdaşlığın artırılmasının vacibliyini qeyd edib.
YAPONİYANIN–“NİHON KEİZAİ SHİMBUN” qəzetində “türkiyəyə investisiyalar dəstəkləniləcək” başlıqlı məqalədә bildirilib.
“Yapon hökuməti, Türkiyə ilə investisiya, ticarət və mədəni qarşılıqlı əlaqələri genişləndirəcək. “Yaponiya-Türkiyə İqtisadi və Mədəni qarşılıqlı Təşviq və Cəmiyyət-Xüsusi Əlaqə Konfransı" təşkil edəcək. Yapon şirkətlərin maliyyə və infrastruktur kimi sahələrdə Türkiyə bazarına girməsi sürətlənir” Əlaqədar rəsmi təşkilat rəhbərlikləri ilə özəl şirkət nümayəndələri bir araya gələrək bölgədəki layihələri üzərinə götürən ixtisaslı kadrlarv yetişdirilməsi kimi mövzularda konkret planları müzakirə edəcək. Konfransın bu il içində keçirilməsi nəzərdə tutulub. Konfransa maliyyə, sığorta, ticarət, avtomobil, səhiyyə kimi sahələrdə fəaliyyət göstərən firma təmsilçiləri dəvət olunacaq.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr