Xarici mәtbuat 20-08-2014

Avropa ilə Asiyanı birləşdirən Türkiyə, təsirini ildən ilə artırır.

97413
Xarici mәtbuat 20-08-2014

Avropa ilə Asiyanı birləşdirən Türkiyə, təsirini ildən ilə artırır. Yaponiyada nəşr olunan “Asahi Shimbun” qəzeti, Türkiyənin sürәtli inkişafı və düzgün diplomatiyası sayәsindә Orta Şərqdəki ölkələrin etibarını qazanaraq daha da gücləndiyini yazıb.

Xəbərdə, prezident seçilən Rəcəb Tayyib Ərdoğanın ölkəsinin gücüylə bütün bölgənin sabitliyini qoruyacaq siyasәt izlәömәsinin gözlənildiyi bildirilir.
İqtisadiyyat naziri Nihat Zeybekçi, Rusiya ilə Türkiyə arasındakı ticarətin inkişaf etdirilməsi üçün yeni tәdbirlәr görmәnin lazım olduğunu söyləyib.
İTAR-TASS Agentliyinin xəbərinə görə, Zeybekçi iki ölkənin Rusiyaya istiqamətli məhsul ixracatını öhdəsinə götürən nəqliyyat şirkətlərinin tranziti üçün lazımi sənədlərin alınması probleminə “təsirli və daimi bir həll” tapmaq lazım olduğunu bildirib.
Agentlik, Zeybekcinin, “Ən doğru həlli karqolara tətbiq olunan kvota sistemini tamamilə ortadan qaldırmaq və qurudan edilәn daşımaçılığın tamamilə sərbəst olmasında görürəm” dediyini də qeyd edib.
Brüsselin dünyaca məşhur meydanı Grand Place, 600 min Begonya çiçəyi istifadə edərək nəhəng Türk xalçasına çevrildi.
Belçikada yaşayan təxminən 220 min Türkə 50-ci il hədiyyəsi olaraq, hazırlanan çiçək xalçanın Türk mədəniyyət və sənətinin tanıdılması çərçivəsində əhəmiyyətli fəaliyyət olduğu bildirilib.
Belçikanın “Belga” qəzeti mövzuyla əlaqədar xəbərdə, 75 metr uzunluğu, 25 metr eni olan çiçək xalçanın min 800 kvadrat metr begonyadan hazırlandığını yazıb.
Xəbərə görə, təşkilatçı Anette Katz çiçək xalçasının 16-cı əsr Anadolu xalçasından ilhamlanaraq hazırlandığını açıqlayıb.
Xəbərdə, Türkiyənin səmimiyətini vurğulamaq üçün Bələdiyyə Sarayının salonlarının rəngli çiçəklərlə bəzədildiyi qeyd edilib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr