XARİCİ MӘTBUAT 09-07-2014

129207
XARİCİ MӘTBUAT 09-07-2014

Keçən həftə xarici mәtbuat vә veriliş orqanlarında Türkiyə ilə bağlı әks edәn xәbәrlәri diqqәtinizә çatdırırıq.
Baş nazir Rəcəb Tayyib Ərdoğanın ötәn həftə Әdalәt vә İnkişaf partiyası millət vəkilləri tərəfindən prezident namizədi olaraq açıqlanması mövzusu öz әksini tapıb.
BBC, Baş nazir Ərdoğanın prezidentliyə namizəd göstərilməsini, "Ərdoğan prezident seçkilәrindә yarışacaq” deyәrәk bildirәrkәn, Financial Times qəzeti xəbəri internet saytında, "Ərdoğan Türkiyədә ilk dәfә xalq tәrәfindәn seçilәcәk prezidentlik yarışına qatılır", Alman Spiegel jurnal vә Die Zeit qəzeti, isә “Әdalәt vә İnkişaf partiyası Ərdoğanı prezidentliyə namizəd göstərib " başlıklarıyla çatdırıb.
Baş nazir Ərdoğanın prezidentliyә namizədliyinin elan edilmәsini N24 televiziya kanalı və Fokus jurnalı kimi bəzi veriliş vә mәtbuat orqanları son dəqiqə məlumatı olaraq yayıblar.
Le Figaro qəzeti yazıb: Ərdoğanın ən az daha 5 il Türkiyəni idarə etmәk istәyir.
France 24 televiziyası isə “Әdalәt vә İnkişaf Partiyanın prezidentliyə namizədi Ərdoğan", başlıqlı xəbərində, Ərdoğanın seçkidә qәlәbә qazanacağının yüksək olduğunu açıqlarkәn, Euronews da, 11 ildir Türkiyəni idarə edən Ərdoğanın gücünü qoruduğunu, aparılan xalq sorğularına görә seçkiləri uğurlu olacağını bildirib.
Der Standard, Kurier, Çinin rəsmi agentliyi Şinhua, Bosniya Herseqovinanın çox tirajlı qəzetlərindən biri olan Oslobodjenje, Azәrbaycan mәtbuatı, baş nazir Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizəd olmasını flaş xəbər olaraq keçiblәr.
Baş nazir Ərdoğanın prezident namizədliyinin açıqlanmasına İran mətbuatında da geniş әks edib.
İranın televiziya kanalı Press, "Baş nazir Ərdoğanın seçkiləri qazanması və siyasi liderliyini 2019-a qədər davam etdirәcәyi gözlәnir.
Fars Xəbər Agentliyi dә prezident Abdullah Gülün namizəd olmayacağı açıqlandıqdan sonra, Ərdoğanın namizədliyinin "sürpriz olmadığını bildirib.
Dincәlmәk mәqsәdi ilә Türkiyәni seçәn xarici turistlәrin sayı hәr ötәn gün artır. İtalyan ANSAmed xəbər agentliyi, Mədəniyyət və Turizm Nazirliyinin açıqlamasına әsaslandırdığı xәbәrindә 2014-ci ilin Yanvar ilə May ayları arasında Türkiyәni ziyarәt edәn xarici turist sayının 10 milyon 903 min 146 nәfәr olduğunu bildirib vә 2013-ci ilin müvafiq dövrünә müqayisәdә 4,08 faiz artım müşahidә edildiyi Türkiyəni ən çox seçənlərin Almanlar, onları Ruslar, İranlılar, Fransızlar və İtalyanların izlәdiyini bildirib.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr