Xarici Mətbuatın Xülasәsi 11-06-2014

Bodrumda keçirilәn Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının 4-cü zirvə toplantısı olub.

91118
Xarici Mətbuatın Xülasәsi 11-06-2014

Ötәn həftə Türkiyə ilə bağlı xarici mәtbuat vә veriliş orqanlarında әks edәn xәbәrlәrin başında, Bodrumda keçirilәn Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının 4-cü zirvə toplantısı gedib.
Zirvə görüşünə dövlət başçısı Abdullah Gül, Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedov, Qırğızıstan prezidenti Almazbek Atambayev qatılıb.
Çinin rəsmi xəbər agentliyi “Xin-hua” nın yaydığı açıqlamada sammitin açılışında çıxış edən prezident Abdullah Gül, Türk Dilli Ölkələrin Əməkdaşlıq Şurasının, regional hәmriylik və әmikdaşlığın simvolu olduğunu, Türkiyənin bu ölkələrlər ilә әmәkdaşlığı daha da möhkәmlәşdirәrәk birgə problemlərin həlli ilə bağlı mübarizə aparacaqlarını söylədikləri qeyd olunub. Xəbərdə o da bildirilir ki, Abdullah Gülün “Bizim bu Şuranı yaratmamızda məqsəd qarşılıqlı kömək və regional iş birliyini gücləndirməkdir. Məqsədimizi həyata keçirdiyimiz üçün çox xoşbəxtəm. Bu әmәkdaşlıq çərçivəsində gələcəkdə ölkələrimizin, xalqlarımızın rifahını daha da gücləndirəcəyik” deyə vurğulayıb.
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, Türk dilli ölkələr arasındakı ünsiyyət və әmәkdaşlığı gücləndirmək məqsədilə 2009-ci ildə yaradılıb. Şuraya indiyədək üzv olan ölkələr Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın iştirakı ilә bu il iyunun 4-də Bodrumda təşkil olunan zirvə toplantısının əsas müzakirə mövzusu turizm әmәkdaşlığı olub.
İstanbulda daha bir hava limanının təməlqoyma mərasimi keçirilib. Baş nazir Rəcəb Tayyib Ərdoğan, havalimanını “zəfər xatirəsi” olaraq xarakterizə edib və havalımanının tikintisində minlərlə yeni iş yerinin açılmasını deyib.
İsveçrənin nüfuzlu “Tages Anzeiger” qəzetində "Türkiyə dünyanin ən böyük havalimanini inşa edir” başlıqlı yazi dərc olunub. Xəbərdə, havalımanının 2018-ci ilin sonunda tamamlanacağı və 150 milyon sərnişin daşıma gücünə malik olacağı yazılır.
Qəzet, indi dünyanın ən böyük havalimanı olan Atlanta havalımanının, 2013-ci ildə 94 milyon sərnişinə xidmət göstərdiyini, Yeni havalımanının Türk Hava Yollarının təməl nöqtəsi olmasının planlaşdırıldığı yazıb. İstanbulda Avropa zolağında yerlәşәn Atatürk Havalimanı 37 milyon sərnişin tutumuna malikdirsə Anadolu zolağında “Sabiha Gökçen” Hava Limanı ildə təxminən 13 milyon sərnişin daşıyir.
Xəbərdə bundan başqa yeni havalımanının, Cümhuriyyətin100-cü ildönümündə yəni 2023-ci ilədək başa çatması planlaşdırılan iri layihələrdən biri olduğu da qeyd edilib.
Türkiyədəki birbaşa xarici investisiyalar 2014-cü ilin mart ayında 2,797 milyon dollara çatıb və 2013-ci ilin eyni dövrü ilə müqayisədə 49,6 faiz artıb.
İtaliyanin “ansamed” xəbər agentliyi “həqiqətən xarici investisiyalar mart ayinda yüksəlib” başlıqlı xəbər yayıb.
Xəbərdə, 2014-ci ilin ilk üç ayında İtaliyanın, 69 milyon investisiya, 2013-ci ilin eyni dövrü ilə müqayisədə 397,1 faiz nisbətində bir artımla 343 milyon dollar sərmayə qoyduğu ifadə edilir.
Agentlik, Türkiyədə ən çox sərmayə qoyan ölkələrin adlarını açıqlayıb. Bunlar Hollandiya, Körfəz ölkələri, Amerika Birləşmiş Ştatları, İngiltərə, Almaniya, Fransa və Avstriyadır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr