İran İƏT-yə üzv ölkələrin xarici işlər nazirləri səviyyəsində fövqəladə iclas keçirməyə çağırıb

İran Qəzzadakı vəziyyətlə bağlı hadisələri müzakirə etmək üçün İƏT üzv ölkələrin xarici işlər nazirləri səviyyəsində fövqəladə iclas keçirməyə çağırıb.

2048968
İran İƏT-yə üzv ölkələrin xarici işlər nazirləri səviyyəsində fövqəladə iclas keçirməyə çağırıb

İran Qəzzadakı vəziyyətlə bağlı hadisələri müzakirə etmək üçün İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirləri səviyyəsində fövqəladə iclas keçirməyə çağırıb.

İran Xarici İşlər Nazirliyinin yazılı açıqlamasına görə, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və İƏT-in Baş katibi Hüseyn İbrahim Taha telefonla Fələstindəki vəziyyətlə bağlı danışıblar.

İƏT-i Fələstin xalqına kömək etmək üçün xarici işlər nazirləri səviyyəsində fövqəladə toplantı keçirməyə çağıran Abdullahiyan ölkəsinin toplantıya ev sahibliyi etməyə hazır olduğunu bəyan edib.

İƏT-in baş katibi isə İsrailin Fələstin xalqına qarşı hücumlarını pisləyib və bu mövzuda İslam ölkələri arasında əməkdaşlıq və koordinasiyanın zəruriliyini vurğulayıb.

Taha növbədənkənar iclas təklifini müsbət qarşılayıb və məsələ ilə bağlı üzv ölkələri məlumatlandıracağını bildirib.

Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-si gecəsi İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb.
Artan gərginlikdə hər iki tərəfdən yüzlərlə itki, minlərlə yaralı var.



Әlaqәli Xәbәrlәr