Gürcüstan vətəndaşlarının “Covid-19” cərimələrini siləcək

Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze məlumat verərək deyib ...

2148145
Gürcüstan vətəndaşlarının “Covid-19” cərimələrini siləcək

 

 

  Gürcüstan hökuməti “Covid-19” pandemiyası zamanı karantin rejimi qaydalarını pozduqlarına görə vətəndaşlara yazılan cərimələri siləcək. Bu amnistiya iki minə yaxın vətəndaşa şamildir. Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze məlumat verib. Onun sözlərinə görə, 1855 fiziki və 38 hüquqi şəxs pandemiya ilə bağlı cərimələrdən azad olunacaq. Ümumi məbləğ 5,6 milyon lari, təxminən 2 milyon dollardır.



Әlaqәli Xәbәrlәr