Mәsud Pezeşkiyan: ‘‘İran Livandakı Hizbullahı dәstәklәmәyә davam edәcәk’’

İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkiyan ölkəsinin Livandakı Hizbullaha və bölgədəki müqavimət hərəkatlarına güclü dəstəyini davam etdirəcəyini açıqlayıb.

2161026

İran dövlət televiziyasının yaydığı mәlumata görә, İran prezidenti Hizbullahın baş katibi Həsən Nəsrullaha məktub ünvanlayıb.

Mәktubda İranın Hizbullaha və bölgədəki müqavimət hərəkatlarına güclü dəstəyini davam etdirəcəyi bildirilib və müqavimət qüvvələrinə göstərilən dəstəyin "İranın əsas siyasəti" olduğu vurğulanıb.

Mәsud Pezeşkiyan Hәsәn Nәsrullaha ünvanladığı mәktubda həmçinin bu ifadәlәrә yer verib: “Əminəm ki, bölgədəki müqavimət hərəkatları bu rejimin (İsrailin) ​​məzlum Fələstin xalqına və bölgәdәki digәr xalqlara qarşı cinayətkar siyasətlərini davam etdirməsinə imkan verməyəcək”.

Әlaqәli Xәbәrlәr