Ruisya prezidenti yeni iranlı həmkarını təbrik edib

Putin və Pezeşkian arasında telefon danışığı olub

2160798
Ruisya prezidenti yeni iranlı həmkarını təbrik edib

 

  Rusiya prezidenti Vladimir Putin İranın yeni prezidenti Məsud Pezeşkianla ikitərəfli münasibətləri müzakirə edib.

  Rusiya Prezident Aparatından verilən məlumata görə, V.Putin və M.Pezeşkian arasında telefon danışığı olub. Putin Pezeşkyanı prezident seçkilərini qazandığı münasibətilə təbrik edib və ona yeni vəzifəsində uğurlar arzulayıb.

  İran və Rusiya arasında münasibətlərin müzakirə edildiyi söhbətdə hər iki tərəf əlaqələrin yüksək səviyyəsindən məmnunluqlarını ifadə edib və müxtəlif sahələrdə iş birliyinin təkmilləşdirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bildiriblər.

  İki dövlət başçısı yaxınlarda görüşmək barədə razılığa gəliblər.



Әlaqәli Xәbәrlәr