İsrailin Suriyadakı hərbi məntəqələri bombaladığı irəli sürülüb.

İsrailin Suriyanın Hələb vilayətindəki bəzi hərbi məntəqələrə hava hücumu təşkil etdiyi irəli sürülüb.

2147571
İsrailin Suriyadakı hərbi məntəqələri bombaladığı irəli sürülüb.

İsrailin Suriyanın Hələb vilayətindəki bəzi hərbi məntəqələrə hava hücumu təşkil etdiyi irəli sürülüb.
Suriya administrasiyasına yaxınlığı ilə bilinən internet saytları İsrailə məxsus hava vasitələrinin Hələbin Hayyan qəsəbəsindəki bəzi hərbi məntəqələri hədəf aldığını bildirib.
Qeyd edək ki, İsrail və Suriya rəhbərliyi hələlik hücumla bağlı açıqlama verməyib.
Suriyanın SNA xəbər agentliyinin yaydığı məlumata görə, 2024-cü il mayın 29-da Tartus əyalətinin Banyas rayonunda bir bina İsrail qüvvələri tərəfindən hədəf alınıb. Hücum nəticəsində  1 uşağın öldüyü, 10 mülki vətəndaşın yaralandığı iddia edilib.
İsrail 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri Suriyada İranın dəstəklədiyi qruplaşmalara və Suriya ordusuna aid hərbi məntəqələrə vaxtaşırı hücumlar təşkil edir.


Etiketlәr: #hücum , #Suriya , #İsrail

Әlaqәli Xәbәrlәr