İran prezidentin həlak olduğu helikopter qəzası ilə bağlı növbəti hesabat

İran Baş Qərargahı mərhum prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və digər rəsmilərin həlak olduğu helikopter qəzası ilə bağlı ikinci araşdırma hesabatını yayınlayıb

2146612
İran prezidentin həlak olduğu helikopter qəzası ilə bağlı növbəti hesabat

 

  İran Baş Qərargahı mərhum prezident İbrahim Rəisinin həyatını itirdiyi helikopter qəzası ilə bağlı hesabatında elektron müharibəyə müdaxilə və ya təxribata dair heç bir dəlil olmadığını bildirib.

  Qərargah İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və digər rəsmilərin həlak olduğu helikopter qəzası ilə bağlı ikinci araşdırma hesabatını yayınlayıb.

  Məlumatda bildirilir: “Helikopterin texniki xidmət və təmir qeydləri araşdırılıb və bununla bağlı heç bir problem aşkar edilməyib. Qəzaya 69 saniyə qalmışa qədər ekipajla əlaqə kəsilməyib.

  Helikopterin qalıqları və hissələri üzərində aparılan araşdırmalar və götürülən nümunələrə əsasən, təxribat və ya elektron müharibəyə müdaxilə dəlili aşkar olunmayıb.  

  Qəzanın əsl səbəbi aşkarlanana qədər araşdırmalar davam etdiriləcək və nəticələr ictimaiyyətlə paylaşılacaq”.

  Xatırladaq ki, İranın mərhum prezidenti İbrahim Rəisi mayın 19-da (2024) İran-Azərbaycan sərhədində bəndin açılış mərasimindən qayıdarkən helikopter qəzasında həlak olub. Qəzada xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə yanaşı, daha 8 məmur həyatını itirib.

  Qeyd edək ki, İran Baş Qərargahı mayın 24-də qəzanın səbəblərilə bağlı ilk ibtidai istintaq hesabatında bildirmişdi ki, helikopterin hissələrində güllə və ya oxşar xarici obyekt izləri aşkar edilməyib.



Әlaqәli Xәbәrlәr