Rusiya MN: Ukrayna PUA-larının qarşısı alınıb

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Belqorod, Kursk və Bryansk vilayətlərində pilotsuz uçuş aparatları (PUA) ilə yeni hücumlar həyata keçirdiyini açıqlayıb.

2041866

Nazirlikdən verilən açıqlamada Ukraynanın yerli vaxtla saat 09:00 radələrində Rusiya ərazisində təyyarə tipli PUA ilə "terror hücumu" həyata keçirməyə cəhd etdiyi, Belqorod bölgəsi üzərində bir PUA-nın vurulduğu bildirilib.

Açıqlamada qeyd edilib ki, Rusiya hava hücumundan müdafiə sistemləri yerli vaxtla saat 10:00 radələrində Kursk və Bryansk vilayətləri üzərində iki PUA-nın qarşısını alıb, saat 10:30 radələrində isə Kursk bölgəsi üzərində Ukraynaya məxsus PUA vurulub.

Rusiya Müdafiə Nazirliyi gecə və səhər saatlarında Ukraynanın pilotsuz uçuş aparatı (PUA) hücumlarının Qara dəniz, Krım, Kursk və Bryansk vilayətlərində qarşısının alındığını bildirib.

Әlaqәli Xәbәrlәr