Naser Kenani bəyanat yaydı

İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kenani bildirib ki, ölkəsi Azərbaycan hökuməti ilə Qarabağda yaşayan erməni nümayəndələri arasında əldə olunan razılaşmadan məmnundur.

2040568

''Tesnim'' xəbər agentliyinin məlumatına görə, Kənani Qarabağdakı razılaşma ilə bağlı açıqlama verib.
Naser Kenani deyib:"İran Azərbaycan hökuməti ilə Qarabağda yaşayan erməni mümayəndələri arasında regionda münaqişələrin dayandırılması ilə bağlı əldə olunan razılıqdan məmnundur''.

Azərbaycan ordusu konstitusiya quruluşunun bərpası məqsədilə sentyabrın 19-da Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlayıb. Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələri 24 saat davam edən antiterror tədbirlərindən sonra silahlarını yerə qoyub.

Әlaqәli Xәbәrlәr