Rusiya: PUA-nın Moskvaya hücumunun qarşısı alınıb

Rusiya Müdafiə Nazirliyi səhər tezdən Moskvanı hədəf alan ən azı üç pilotsuz təyyarənin vurulduğunu bildirib.

2032988
Rusiya: PUA-nın Moskvaya hücumunun qarşısı alınıb

Rusiya Müdafiə Nazirliyi səhər radələrində Moskvanı hədəf alan ən azı üç pilotsuz təyyarənin vurulduğunu bildirib.
Nazirlik bildirib ki, hava hücumundan müdafiə sistemləri Moskva vilayətini əhatə edən Kaluqa və Tver vilayətləri üzərində iki PUA-nı, Moskva vilayətinin İstra rayonu üzərində isə paytaxta yaxın bir PUA-nı məhv edib.

Moskva meri Sergey Sobyanin dronların Moskvaya hücum etməyə çalışdığını və Kremldən təxminən 65 km şimal-qərbdə yerləşən İstra bölgəsində məişət xidmətləri obyektinin zədələndiyini bildirib.

Mer başqa yerlərdə dağıntı və tələfat olmadığını açıqlayıb.

Sobyanin bildirib ki, Tver vilayətində PUA-nın qalıqları Zavidovo kəndinə düşüb.

Qeyd edək ki, Rusiya xəbər agentlikləri paytaxt ətrafındakı dörd böyük hava limanından 50-yə yaxın reysin ləğv edildiyini və ya ləngidiyini bildiriblər.



Әlaqәli Xәbәrlәr