Rusiya MN: "Ukraynanın PUA-larla hücum cəhdlərinin qarşısı alındı"

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Moskva və Bryansk vilayətlərinə təyyarə tipli pilotsuz uçuş aparatları (PUA) ilə hücum cəhdlərinin qarşısının alındığını bildirib.

2029810

Nazirlikdən verilən açıqlamada Kiyevin gecə saatlarında PUA-larla Rusiya ərazisinə hücum etməyə cəhd etdiyi bildirilərək, “2 PUA Bryansk vilayətinin hava məkanında hava hücumundan müdafiə sistemi tərəfindən vurulub” deyilib.

Nazirliyin digər açıqlamasında isə qeyd olunub ki, bu gün saat 04.30 radələrində Ukraynanın Moskvaya hücum cəhdinin qarşısı alınıb, Moskva vilayətinin Lyubertsı şəhərinin hava məkanında PUA məhv edilib.

Moskva meri Sergey Sobyanin də sosial media hesabında Lyubertsıda Moskva istiqamətində uçan PUA-nın vurulması nəticəsində insan tələfatının və dağıntıların olmadığını, hadisə yerində fövqəladə hallar xidmətinin işlədiyi məlumatını paylaşıb.

Digər tərəfdən, TASS xəbər agentliyinin aviasiya məlumatlarına əsaslandırdığı xəbərinə görə, Moskvadakı Vnukovo və Domodedovo hava limanları uçuş və enişləri müvəqqəti dayandırdıqdan təxminən 1 saat sonra fəaliyyətini bərpa edib.

Әlaqәli Xәbәrlәr