Ukrayna: "Baxmut yaxınlığındakı əlavə 3 km ərazi azad edildi"

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar ötən həftə Baxmut yaxınlığındakı əlavə 3 km ərazinin Rusiya qoşunlarından azad edildiyini bildirib.

2027105

Ukrayna Müdafiə Nazirliyinin Hərbi Mətbuat Mərkəzinin sosial media hesabında edilən paylaşımda Malyarın Ukrayna ordusunun Baxmut istiqamətində uğur qazanması ilə bağlı açıqlaması yer alıb.

Malyar bəyan edib ki, Ukrayna ordusu Baxmut şəhərinin cənub cinahında irəliləməyə davam edir:

"Son bir həftədə əlavə 3 kvadrat kilometr ərazi xilas edildi. Ümumilikdə Baxmut ətrafında 43 kvadrat kilometr ərazini xilas etməkdən bəhs edə bilərik".

Qeyd edək ki, 24 fevral 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsində mühüm əhəmiyyət kəsb edən Baxmut may ayında Rusiya tərəfinin nəzarətinə keçib.

Әlaqәli Xәbәrlәr