ABŞ ordusu Suriyadakı bazalarına əlavə qüvvə göndərib

ABŞ ordusu Suriyada separatçı terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Deyr əz-Zor vilayətindəki bazalara təxminən 50 maşından ibarət əlavə qüvvə göndərib.

2024890

Avqustun 14-də ABŞ qüvvələrinin karvanı İraq və Suriya arasındakı Əl-Valid sərhəd-keçid məntəqəsindən keçərək Həsəkəyə daxil olub.

Təxminən 50 maşından ibarət karvan Deyr əz-Zor çölündə separatçı terror təşkilatı PKK/YPG-nin işğal etdiyi bölgələrdəki Koniko və əl-Ömər neft yataqlarında ABŞ qüvvələrinin bazalarına çatıb.

ABŞ-ın Bradley və pulemyota quraşdırılmış dörd təkərli maşınlar konvoyları qoruyub.

Konvoylara zirehli texnika, yanacaq tankerləri və sursatla dolu maşınların daxil olduğu bildirilib.

Qeyd edək ki, ABŞ ordusu 6, 8, 22 və 25 yanvar, 19, 20 iyun və 11 iyul tarixlərində terror təşkilatı PKK/YPG-nin Haseke çölündə zəbt etdiyi Rumeylan, Şeddadi və Tel Beyder qəsəbələrindəki baza və məntəqələrə əlavə qüvvələr göndərib.

Әlaqәli Xәbәrlәr