Suriyanın şimalında üç DEAŞ terrorçusu saxlanılıb

Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyanın şimalında həyata keçirdiyi əməliyyat nəticəsində hücum törətməyə hazırlaşan 3 DEAŞ terrorçusu saxlanılıb.

2022815
Suriyanın şimalında üç DEAŞ terrorçusu saxlanılıb

Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyanın şimalında həyata keçirdiyi əməliyyat nəticəsində hücum törətməyə hazırlaşan 3 DEAŞ terrorçusu saxlanılıb.
Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, Milli Kəşfiyyat Təşkilatı və Suriya Milli Ordusunun (SMO) apardığı birgə işlər çərçivəsində Suriyada terror təşkilatı DEAŞ-ın sıralarında fəaliyyət göstərən terrorçular müəyyən edilib.
Milli Kəşfiyyat Təşkilatının dəstəyi ilə Suriya Milli Ordusuna tabe olan təhlükəsizlik qüvvələrinin ''Sülh çeşməsi'' əməliyyatı bölgəsində həyata keçirdiyi əməliyyat nəticəsində 3 DEAŞ terrorçusu saxlanılıb.
Əməliyyatlar zamanı çox sayda partlayıcı maddə və silah-sursat da ələ keçirilib.
Milli Kəşfiyyat Təşkilatının Suriya və digər bölgələrdəki terror qruplaşmalarına qarşı mübarizəsini qətiyyətlə davam etdirdiyi, Türkiyenin DEAŞ, Əl-Qaidə və PKK kimi terror təşkilatları arasında heç bir fərq qoymadan terrorla mübarizə əməliyyatlarını davam etdirdiyi bildirilib.



Әlaqәli Xәbәrlәr