Rusiya ordusu Kupyansk istiqamətində əlverişli mövqeləri ələ keçirib

İqor Konaşenkov bildirib ki, Rusiya hərbi birləşmələri Ukraynanın Xarkov vilayətində Kupyansk istiqamətində əlverişli mövqeləri ələ keçirib.

2021912
Rusiya ordusu Kupyansk istiqamətində əlverişli mövqeləri ələ keçirib

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov bildirib ki, Rusiya hərbi birləşmələri Ukraynanın Xarkov vilayətində Kupyansk istiqamətində əlverişli mövqeləri ələ keçirib.

Konaşenkov Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı bəyanat verib.

Rusiya Silahlı Qüvvələrinin hücumlarını davam etdirdiyini bildirən Konaşenkov deyib:

“Kupyansk istiqamətində “Qərb” qoşun dəstəsinin hücum dəstələri geniş cəbhədə hücum əməliyyatları zamanı Xarkov vilayətinin Olşana yaşayış məntəqəsi yaxınlığında daha əlverişli mövqelər tutdular”. 

Konaşenkov indiyədək Ukrayna ordusuna məxsus 458 təyyarə, 245 helikopter, 5 min 565 pilotsuz uçuş aparatı, 428 hava hücumundan müdafiə raket sistemi, 11 min 185 tank və zirehli texnika, 1144 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 5 min 803 haubitsa və minaatan,12 min 137 şəxsi hərbi maşını məhv etdiklərini bildirib.



Әlaqәli Xәbәrlәr