Moskvaya PUA ilə hücum təşkil edilib

Rusiyanın paytaxtı Moskvada Ukraynanın iki pilotsuz uçuş aparatı (PUA) ilə hücum təşkil edildiyi, ölən və yaralananların olmadığı bildirilib.

2015052
Moskvaya PUA ilə hücum təşkil edilib

Rusiyanın paytaxtı Moskvada Ukraynanın iki pilotsuz uçuş aparatı (PUA) ilə hücum təşkil edildiyi, ölən və yaralananların olmadığı bildirilib.

Moskva meri Sergey Sobyanin bildirib ki, yerli vaxtla saat 04:00 radələrində iki PUA Moskvaya hücum edib.

PUA-ların iki boş binaya çırpıldığını qeyd edən Sobyanin hücumlar nəticəsində ölən və yaralanan olmadığı barədə məlumat paylaşıb.

Rusiya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada PUA hücumlarının Ukrayna tərəfindən həyata keçirildiyi bildirilərək,
“Kiyev rejiminin qarşısı alınan terror aktında itki olmayıb” deyilib.



Әlaqәli Xәbәrlәr