İranda termometrlər artıq 50 dərəcədən çox göstərir

İranda son bir həftədə havanın orta temperaturunun 30,3 dərəcə olduğu, 6 şəhərdə termometrlərin artıq 50 dərəcədən çox göstədiyi bildirilib.

2011935
İranda termometrlər artıq 50 dərəcədən çox göstərir

İranda son bir həftədə havanın orta temperaturunun 30,3 dərəcə olduğu, 6 şəhərdə termometrlərin artıq 50 dərəcədən çox göstədiyi bildirilib.

İranın yarı rəsmi "Tesnim" xəbər agentliyinin məlumatına görə, Meteorologiya Qurumunun Hava Proqnozları Mərkəzinin rəhbəri Sadik Ziyaiyan isti hava ilə bağlı açıqlama verib.

Ziyaiyan qeyd edib ki, Meteorologiya İnstitutunun məlumatına görə, son bir həftədə ölkədə havanın orta temperaturu 30,3 dərəcə olub ki, bu da uzunmüddətli dövrlə (30 il) müqayisədə yarım dərəcə artım olduğunu göstərir. 

İyunun 22-dən etibarən ölkədə orta hava temperaturunun 30,1 dərəcə olaraq ölçüldüyünü qeyd edən Ziyaiyan, havanın temperaturunun uzunmüddətli dövrlə müqayisədə bir dərəcə artdığını bildirib.

Ziyaiyan qeyd edib ki, artıq 6 şəhərdə havanın temperaturu 50 dərəcəni keçib.

İran rəsmisi bildirib ki, termometrlər İlam əyalətinin Dehloran şəhərində 51,6, Xuzistan əyalətinin Ümidiya şəhərində 51,2, Əhvazda 50,8, Ağcari şəhərində 50,3, Ramhörmüz şəhərində 50,2 və Şuş şəhərində 50,0 dərəcə göstərib.



Әlaqәli Xәbәrlәr