Ukrayna: Qara dəniz Taxıl Təşəbbüsünün uzadılması üzərində işləyirik

Naziri Aleksandr Kubrakov Qara dəniz Taxıl Təşəbbüsünün müddətinin uzadılması üçün işlədiklərini bildirib.

1985468
Ukrayna: Qara dəniz Taxıl Təşəbbüsünün uzadılması üzərində işləyirik

Ukraynanın icmalar, regionlar və infrastrukturun inkişafı üzrə naziri Aleksandr Kubrakov Qara dəniz Taxıl Təşəbbüsünün müddətinin uzadılması üçün işlədiklərini bildirib.
Nazir Aleksandr Kubrakov sosial media hesabından etdiyi paylaşımda mayın 10-11-də İstanbulda keçirilən Qara dəniz Taxıl Təşəbbüsü danışıqlarını dəyərləndirib.

Birləşmiş Millətlər Təşkilatı (BMT) və Türkiyenin danışıqların onlayn şəkildə davam etməsini təklif etdiyini bildirən Kubrakov "Ukrayna heyəti "taxıl sazişi"nin müddətinin uzadılması üçün səy göstərir və gəmilərin qeydiyyatı və yoxlanılmasının gecikmədən davam etdirilməsinin lazım olduğunu vurğulayır" ifadəsini işlədib.

Xatırladaq ki, Türkiye Milli Müdafiə Nazirliyindən verilən açıqlamada mayın 10-11-də İstanbulda Ukrayna, Rusiya və BMT ilə ikitərəfli və çoxtərəfli görüşlərin keçirildiyi, tərəflərin konstruktiv yanaşmaları ilə faydalı görüşlərin keçirildiyi bildirilib.



Әlaqәli Xәbәrlәr