Peskov Azərbaycan və Ermənistan arasında vəziyyətin nizamlanmasına münasibət bildirib

Kremlin sözçüsü Dmitri Peskov ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşünü şərh edib.

1982004
Peskov Azərbaycan və Ermənistan arasında vəziyyətin nizamlanmasına münasibət bildirib

"Ermənistan və Azərbaycan arasında vəziyyətin nizamlanmasına yardım alqışlana bilər".

Bunu Kremlin sözçüsü Dmitri Peskov ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşünü şərh edərkən deyib.

    Peskov jurnalistlərə açıqlamasında deyib ki, Bakı ilə İrəvan arasında vəziyyətin nizamlanmasına yardım yalnız Rusiya Federasiyası ilə birlikdə imzalanmış üçtərəfli sazişlər əsasında olduqda alqışlana bilər, çünki onlara alternativ yoxdur.

    İki ölkə arasında mövcud problemlərin həlli və regionda gərginliyin azaldılmasına yönəlmiş bəzi birgə hərəkətlərin və addımların mümkün inkişafı ilk növbədə Rusiya ilə birlikdə imzalanmış üçtərəfli sənədlər əsasında mümkündür. Hələlik nizamlanmaya kömək edəcək başqa hüquqi əsaslar yoxdur. Müvafiq olaraq, hələlik bu üçtərəfli sənədlər alternativsizdir. Təbii ki, bu bazada nizamlanmaya kömək edə biləcək istənilən yardımı alqışlamaq olar. 



    Әlaqәli Xәbәrlәr