Zelenski: "Rusiya ordusu Zaporojyeni bombaladı"

Ukrayna lideri Rusiya ordusunun Zaporojyeni S-300 raketləri ilə vurduğunu bildirib.

1972378
Zelenski: "Rusiya ordusu Zaporojyeni bombaladı"

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusunun Zaporojyeni hava hücumundan müdafiə sistemi S-300-lərlə vurduğunu bildirərək, hücumda biri uşaq olmaqla 2 nəfərin öldüyünü, 1 nəfərin isə ağır yaralandığını açıqlayıb.

V.Zelenski gecə radələrində xalqa müraciətində xəstəxanada müalicə alan yaralı qadının vəziyyətinin ağır olduğunu bildirib və hücuma reaksiya göstərib. 

24 fevral 2022-ci ildə başlayan Rusiya hücumlarının bayram günlərində də davam etdiyini bildirən Zelenski “Bu yolla Rusiya özünü dünyadan, insanlıqdan daha da təcrid edir. Hər bir xristian bayramı bizə necə olduğunu bilməsək də, pisliyin uduzacağına əmin olmağı öyrədir. Biz inanmağa məcburuq və inanırıq” deyib. 

"Şərin məğlubiyyətini daha da yaxınlaşdırmalıyıq və onu daha da yaxınlaşdırırıq. Dünya bizimlədir. Hər ay, hər həftə dəstək artır, bizə dəstək olanların, cəsarətimizə, həyata inamımıza dəstək olanların dairəsi genişlənir. Mən dünyada hazırda Ukraynanın yanında olan hər kəsə təşəkkür etmək istərdim", - deyə o qeyd edib.



Әlaqәli Xәbәrlәr