İran İsrailin Qәzza zolağına etdiyi hücumlara reaksiya verdi

İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kenani İsrailin Livan və Qəzza zolağındakı mülki yaşayış məntəqələrinə etdiyi hücumları qınadı.

1971688

İran Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində verilən bəyanata görə, Nasir Kenani İsrailin son hücumlarına münasibət bildirib.
Kenani hücumları sərt dillə pisləyib və İsrail qüvvələrinin Livan və Qəzzaya etdiyi hücumların Əqsa məscidinə qarşı pozuntuların davamı olduğunu deyib. Naser Kenani beynəlxalq ictimaiyyətdən hücumlara sərt reaksiya verməsini xahiş edib.
İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın İslam ölkələrindəki həmkarları və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi ilə telefon danışığı apardıqlarına işarə edən Kenani İƏT-nın mövzu ilə bağlı fövqəladə iclas keçirməsinin vacibliyini vurğulayıb.

Etiketlәr: #İsrail , #İran

Әlaqәli Xәbәrlәr