Volodimir Zelenski: "Donbas bölgəsində qızğın döyüşlər davam edir"

Ukrayna prezidenti Volodimir Zelenski Donbas bölgəsində qızğın döyüşlərin davam etdiyini bildirib.

1924023
Volodimir Zelenski: "Donbas bölgəsində qızğın döyüşlər davam edir"

Ukrayna prezidenti Volodimir Zelenski Donbas bölgəsində qızğın döyüşlərin davam etdiyini bildirib.

Bunu Zelenski sosial şəbəkədə yayımladığı videomüraciətində deyib.

Rusiya ordusunun Donbasda intensiv hücumlar təşkil etdiyini, lakin heç bir irəliləyiş əldə edə bilmədiklərini qeyd edən Zelenski bildirib ki, orada vəziyyət ağırdır, ağrılıdır.

Zelenski, Rusiyanın hücumlarında enerji infrastrukturlarına dəyən ziyana görə elektrik enerjisinin kəsilməsinin davam etdiyini və 9 milyona yaxın insanın işıqsız qaldığını dil gətirib.

Ukraynanın xarici işlər naziri Dimitro Kuleba isə “sülh sammiti” ilə bağlı açıqlama verib.

Kuleba fevral ayında Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin moderatorluğu ilə “sülh sammiti” təşkil etməyi hədəflədiklərini bildirib.

Kuleba bəyan edib ki, Rusiya sammitdə iştirak etmək üçün ilk növbədə beynəlxalq məhkəmə qarşısında hərbi cinayətlərə görə cavab verməlidir.

Rusiyanın sülh danışıqlarına hazır olduğuna dair açıqlamasının həqiqəti əks etdirmədiyini dilə gətirən Kuleba deyib:

“Onların döyüş meydanında etdikləri bunun əksini sübut edir”. 

Rəsmi Kiyev bir daha Rusiyanın BMT Təhlükəsizlik Şurasından (BMT TŞ) çıxarılması üçün hüquqi addımların atılmasına çağırıb.

Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib ki, Rusiya ilk baş naziri Boris Yeltsinin səyləri ilə qeyri-qanuni olaraq BMT TŞ-yə üzv qəbul edilib.



Әlaqәli Xәbәrlәr