Putin və Rəisi telefonda danışdılar

Rusiya Prezident Administrasiyasından verilən məlumata görə...

1905713
Putin və Rəisi telefonda danışdılar

 

  Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə telefonda danışıb.

  Rusiya Prezident Administrasiyasından verilən məlumata görə, söhbət zamanı aktual məsələlər müzakirə edilib, kommersiya, iqtisadiyyat və siyasət sahələrində, o cümlədən nəqliyyat və logistika sektorunda əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb, Rusiya və İran qurumları arasında əlaqələrin intensivləşdirilməsinə dair razılıq əldə olunub.

  Bunlardan əlavə, V.Putin oktyabrın 26-da İranın Şiraz şəhərində Şah Çırağ ziyarətgahında törədilən terror aktına görə İran prezidentinə başsağlığı verib.

 

Foto smotrim.ru saytına məxsusdur



Әlaqәli Xәbәrlәr