Volodimir Zelenski: "Taxıl nəqliyyatını davam etdiririk"

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Rusiyanın Qara dəniz taxıl dəhlizi sazişini dayandırmasına baxmayaraq, Türkiye və Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəyi ilə Ukraynadan taxıl daşınması davam edir.

1900966

V.Zelenski gecə saatlarında "Telegram" hesabından paylaşdığı videomüraciətdə ölkəsində Rusiyaya qarşı davam edən müharibə ilə bağlı açıqlamalar verib.

Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı apardıqlarını qeyd edən Zelenski Rusiyanın Qara dəniz taxıl dəhlizi razılaşmasını dayandırmasına baxmayaraq, Türkiye və BMT-nin dəstəyi ilə Ukraynadan taxıl daşınmasının davam etdiyini bildirib:

“Bu günlərdə kənd təsərrüfatı məhsulları daşıyan Ukrayna gəmilərinin hərəkəti davam edib”. 

Rusiyanın taxıl daşınmasının qarşısı alınarsa, dünyanın buna reaksiya verməsinin vacibliyini dilə gətirən Zelenski deyib:

"Bununla belə, taxıl dəhlizinin etibarlı və uzunmüddətli mühafizəyə ehtiyacı var. Rusiya açıq şəkildə bilməlidir ki, bizim ərzaq ixracımızı pozan istənilən hərəkət dünya tərəfindən güclü əks-səda doğuracaq. Bu, sözün əsl mənasında on milyonlarla insanın həyat məsələsidir".

Xatırladaq ki, qlobal ərzaq böhranının həlli üçün Türkiyenin koordinasiyası ilə həyata keçirilən Qara Dəniz Taxıl Təşəbbüsü Ukrayna, Rusiya, Türkiye və BMT arasında iyulun 22-də İstanbulda Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi ilə imzalanıb.

Әlaqәli Xәbәrlәr