Ukrayna Ordusu: Rusiya qoşunları Xersondan geri çəkilir

Ukrayna ordusunun sözçüsü bildirib ki, Rusiya ordusu qoşunlarını Xerson vilayətində Dnepr çayı üzərindəki mövqelərindən çıxarır.

1896500
Ukrayna Ordusu: Rusiya qoşunları Xersondan geri çəkilir

Ukrayna ordusunun sözçüsü bildirib ki, Rusiya ordusu qoşunlarını Xerson vilayətində Dnepr çayı üzərindəki mövqelərindən çıxarır.
Ukrayna ordusunun sözçüsü Nataliya Humeniuk deyib: "Rusiya ordusu öz elit zabitlərini qərb sahilindən aparır, mühabirədə döyüşən digər zabitləri buraxır. Biz cəbhə xəttini sıxışdırmağa davam edirik. Lakin onlar möhkəm şəkildə müdafiə xəttinin arxasındadırlar".

Bu həftə sonu Kremlin dəstəklədiyi liderlər sakinlərə işğal olunmuş Xerson şəhərini boşaltmağı əmr edib.

Rusiya qüvvələri Ukraynanın gözlənilən əks hücumuna müqavimət göstərmək üçün mübarizə aparır.

Rusiya iddia edir ki, Xersonda Ukraynaya qarşı ərazi itirməyib, əksinə, öz təhlükəsizlikləri üçün mülki insanları təxliyyə edib və onları şərqə yönləndirib.

Ukrayna öz sakinlərini zorla köçürməyə bəraət qazandırmaq üçün Rusiyanı “isteriya” yaratmaqda ittiham edir.



Әlaqәli Xәbәrlәr