Daha 3 gəmi Ukraynadan yola düşüb

Daha 3 taxıl yüklənmiş gəminin Ukraynadan yola düşdüyü bildirilib.

1873316
Daha 3 gəmi Ukraynadan yola düşüb

Daha 3 taxıl yüklənmiş gəminin Ukraynadan yola düşdüyü bildirilib.

Türkiye Milli Müdafiə Nazirliyindən verilən açıqlamada "Taxıl nəqliyyatı planlaşdırıldığı kimi davam edir. Bu gün səhər saatlarına kimi daha 3 gəmi Ukrayna limanlarından yola düşdü" deyilib.

Xatırladaq ki, Qara dənizdən təhlükəsiz qida nəqliyyatının bərpası üçün iyulun 22-də İstanbul Dolmabağça Sarayındakı Prezident Ofisində Prezident Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin iştirakı ilə İUkrayna və Rusiya ilə "İstanbul taxıl müqaviləsi" imzalanıb. 

Qara dənizdən taxıl məhsullarının təhlükəsiz daşınması üçün yaradılmış Birgə Koordinasiya Mərkəzi iyulun 27-də İstanbulda Milli Müdafiə Universitetinin kampusunda fəaliyyətə başlayıb.



Әlaqәli Xәbәrlәr