Ukraynada demiryol stansiyasında ölənlərin sayı artıb

Ukraynada dəmiryol stansiyasına Rusiyanın raket hücumu nəticəsində həyatını itirənlərin sayı 25 nəfərə çatıb.

1872288
Ukraynada demiryol stansiyasında ölənlərin sayı artıb

Ukraynanın Dnepropetrovsk vilayətinin Çaplino qəsəbəsinin dəmiryol stansiyasının raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 25-ə yüksəlib. Yaralanan 31 nəfər xəstəxanada yerləşdirilib.

Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında paylaşdığı açıqlamada raket hücumu nəticəsində ölənlərdən 5-nin öz avtomobillərində yandığını bildirib. Həyatını itirənlər arasında iki də uşaq var.

Dəmiryol stansiyasında axtarış-xilasetmə işləri davam etdirilir.

 



Әlaqәli Xәbәrlәr