Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı artırılır

Rusiya Prezidenti Vladimir Putin Silahlı Qüvvələrin şəxsi heyətinin sayının artırılması haqqında fərman imzalayıb.

1872430
Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı artırılır

TRT-nin “Russia Legal Information” internet portalına istinad etdiyi xəbərə görə Rusiya ordusunun şəxsi heyətinin sayı 137 min nəfər artırılaraq, 2 milyon 39 min 758 nəfərə çatdırılacaq.

Bundan əvvəl, 2017-ci ildə imzalanmış fərmanda ordunun şəxsi heyətinin sayı 1 milyon 902 min 758 əsgər və zabit müəyyən edilmişdi.



Әlaqәli Xәbәrlәr