Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb

Rusiya ordusunun Bəhmut və Avdeyevka istiqamətindəki hücumlarının qarşısı Ukrayna ordusu tərəfindən alınıb.

1871389
Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb

Rusiya ordusunun Bəhmut və Avdeyevka istiqamətindəki hücumlarının qarşısı Ukrayna ordusu tərəfindən alınıb.

Ukrayna Baş Qərargahı son 24 saatda baş verən qarşıdurmalar və Rusiya ordusunun itkiləri ilə bağlı açıqlama verib.

Açıqlamaya görə, Bahmut istiqamətində hücuma cəhd edən Rusiya qüvvələri uğursuzluğa düçar olub və geri çəkilib.

Rusiya qüvvələrinin tank, artilleriya və raketlərdən istifadə etməklə Avdeyevkaya hücum cəhdlərinin qarşısı Ukrayna ordusu tərəfindən alınıb.

Ukrayna Baş Qərargahının digər bəyanatında isə, Rusiya ordusunun əksəriyyəti Donetsk bölgəsində olmaqla 150 əsgər itirdiyi bildirilib.

Açıqlamada 24 fevral-23 avqust tarixləri arasında Ukraynada ümumilikdə 45 min 550 Rusiya əsgərinin zərərsizləşdirildiyi qeyd edilib. Bu müddət ərzində Rusiyaya məxsus 234 təyyarə, 198 helikopter, 1921 tank, 4238 zirehli texnika, 1333 top, 266 reaktiv yaylım atəşi sistemi və 146 hava hücumundan müdafiə sisteminin məhv edildiyi bildirilib.

Açıqlamada həmçinin Rusiya qüvvələrinin 3150 avtomobil, 15 gəmi, yüngül sürətli qayıq və 817 pilotsuz uçuş aparatını itirdiyi, Rusiya tərəfindən atılan 196 qanadlı raketin isə Ukrayna hava hücumundan müdafiə bölmələri tərəfindən vurularaq məhv edildiyi bildirilib.

Rusiya Müdafiə Nazirliyinin martın 25-də verdiyi açıqlamada Ukraynada 1351 rus əsgərinin öldüyü açıqlanıb, lakin sonradan itkilərlə bağlı məlumatlar yenilənməyib.

Ukrayna Baş Prokurorluğu isə fevralın 24-də Rusiyanın Ukraynaya müharibə elan etməsindən sonra həyatını itirən ukraynalı uşaqlarla bağlı məlumat paylaşıb.

Buna görə, Rusiya-Ukrayna müharibəsinin başladığı 24 fevraldan avqustun 23-dək 374 uşaq həyatını itirib, 723 uşaq isə yaralanıb.

Ukrayna Baş Qərargah rəisi Valeriy Zalujniy fevralın 24-də Rusiya ilə başlayan müharibədə 9 minə yaxın ukraynalı əsgərin həyatını itirdiyini bildirib.



Әlaqәli Xәbәrlәr