Şərqi Quta qətliamının ildönümündə İdlibdə etiraz aksiyaları keçirilib

Dəməşqin Şərqi Quta bölgəsində 1400-dən çox dinc sakinin kimyəvi silahla ölümünə səbəb olduğu hücumuna İdlibdə etiraz edilib.

1870544
Şərqi Quta qətliamının ildönümündə İdlibdə etiraz aksiyaları keçirilib

Suriyada Bəşər Əsəd rejiminin 21 avqust 2013-cü ildə paytaxt Dəməşqin Şərqi Quta bölgəsində 1400-dən çox dinc sakinin kimyəvi silahla ölümünə səbəb olduğu hücumuna İdlibdə etiraz edilib.

İdlibin şəhər mərkəzinə toplaşan insanlar “Ədalət məşəlinin sönməsinə imkan verməyəcəyik”, “Qurbanlar adından səsimizi ucaldır və onlar üçün ədalət tələb edirik”, “Əsədin həyata keçirdiyi qırğınlar” Kimyəvi silahlarla rejim təkcə qurbanlara deyil, bütün bəşəriyyətə qarşıdır” və “Qurbanların ruhu hələ də ədaləti gözləyir” sözləri ilə ərəb və ingilis dillərində plakatlar qaldırıblar.

Qeyd edək ki,  Suriya İnsan Haqları Şəbəkəsinin məlumatına görə, Əsəd rejiminin hücumu nəticəsində həlak olanların 1100-dən çoxu qadın və uşaqlardır.

Qırğından sonra Şərqi Quta Bəşər Əsəd rejiminin 2018-ci ildə ən sərt blokada tətbiq etdiyi və demək olar ki, bütün silahlardan istifadə etdiyi bölgə oldu.

Bölgədəki müxaliflər Əsəd rejimi və Rusiya ilə məcburi razılaşma nəticəsində 2018-ci ilin aprelində Şərqi Qutanı boşaltmalı olub.

5 illik mühasirədən çıxan dinc sakinlər hazırda ölkənin şimalında müxalifətin nəzarətində olan ərazilərdə sağ qalmaq üçün mübarizə aparır.

Suriya İnsan Haqları Şəbəkəsinin hesabatına görə, Əsəd rejimi Suriyada vətəndaş müharibəsi başlayandan sonra müxalifətin nəzarətində olan yaşayış məntəqələrinə 217 kimyəvi silah hücumu həyata keçirib.



Әlaqәli Xәbәrlәr