Misir birgə hərbi təlimlər keçirir

Misir ordusu Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Yunanıstan və Kipr Rum Administrasiyası ilə birgə hərbi təlimə başladığını açıqlayıb.

1870684
Misir birgə hərbi təlimlər keçirir

Misir Ordusunun sözçüsü Qərib Əbdülhafiz  sosial media  hesabında  hərbi manevrlərə  dair  açıqlama  verib.  Bildirib ki, “Hirakl-2”  birgə hərbi təlimə start verilib. Onun sözlərinə  görə Səudiyyə Ərəbistanı ilə yanaşı, BƏƏ, Yunanıstan və Rum Administrasiyası hərbçilərinin iştirakı ilə başlayan təlimdə  ABŞ, İordaniya, Konqo Demokratik Respublikası və Bəhreyn də müşahidəçi ölkə  olaraq iştirak edir.

Əbdülhafiz həmçinin qeyd edib ki,   Misirin şimalında yerləşən  Məhəmməd Nəcib bazasında keçirilən hərbi təlim Misirin dost və qardaş ölkələrlə hərbi əlaqələri və əməkdaşlığı inkişaf etdirmək səyləri istiqamətində atdığı addımdır. Müasir texnologiya məhsulu silah və avadanlıqların istifadə ediləcəyi təlim sözmövzusu əlaqələrin güclənməsinə töhfə verəcək.

Qeyd edək ki, Yaxın Şərqdə ilin əvvəlindən beynəlxalq və regional gərginliyin kölgəsində hərbi təlimlər intensivləşib.



Әlaqәli Xәbәrlәr