Rusiya MN Ukraynadakı əməliyyatları ilə bağlı bəyanat yayıb

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Lviv vilayətində Polşadan göndərilən xaricdə istehsal olunan silah və sursatların yerləşdiyi bazanın məhv edildiyini bildirib.

1863294
Rusiya MN Ukraynadakı əməliyyatları ilə bağlı bəyanat yayıb

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Lviv vilayətində Polşadan göndərilən xaricdə istehsal olunan silah və sursatların yerləşdiyi bazanın məhv edildiyini bildirib.

Nazirliyin sözçüsü İqor Konaşenkov Rusiya-Ukrayna müharibəsində Rusiya ordusunun əməliyyatları ilə bağlı məlumat paylaşıb.

İqor Konaşenkov bəyan edib ki, Ukrayna ordusunun 81-ci Aviasiya Briqadasının Ukraynanın Donetsk vilayətindəki müvəqqəti mövqelərinə hücum nəticəsində 50-dən çox əsgər və 6 hərbi maşın məhv edilib.

“Lviv vilayətinin Radehiv qəsəbəsi yaxınlığında, Polşadan Kiyev administrasiyasına gələn xaricdə istehsal olunan silah və sursatların saxlanıldığı baza uzaqmənzilli yüksək dəqiqlikli raketlərlə məhv edilib”,-deyə o qeyd edib.  

Rusiya ordusunun Ukraynadakı hərbi ünsürlərə hücumlarını davam etdirdiyinə diqqət çəkən Konaşenkov son 24 saatda 3 idarə mərkəzi, 4 sursat anbarı və yanacaq çəninin məhv edildiyi məlumatını paylaşıb.

Rusiya müdafiə sistemləri tərəfindən 5 pilotsuz uçuş aparatının vurulduğunu və 2 ədəd “Uraqan” çoxlüləli reaktiv yaylım atəşi raketinin ələ keçirildiyini qeyd edən Rusiya sözçüsü deyib:

“Bu günə qədər Ukraynaya məxsus 261 təyyarə, 145 helikopter, 1669 pilotsuz uçuş aparatı, 361 hava hücumundan müdafiə raket sistemi, 4 min 231 tank və zirehli texnika, 782 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 3 min 242 haubitsa və minaatan, 4 min 676 şəxsi hərbi texnika vasitəsi məhv edilib”.



Әlaqәli Xәbәrlәr