Bosniya və Herseqovinada meşə yanğınları ilə mübarizə aparılır

Bosniya və Herseqovinanın yeganə sahil şəhəri Neumda dünən başlayan meşə yanğınının söndürülməsi üçün işlər bu gün də davam edir.

1863258
Bosniya və Herseqovinada meşə yanğınları ilə mübarizə aparılır

TRT xəbər verir ki, bu barədə Herseqovina-Neretva Kantonu Mülki Müdafiə İdarəsindən məlumat yayılıb. Bildirilir ki, şəhərdə güclü külək səbəbindən sürətlə yayılan yanğın, ətrafdakı əyalətlərdən gələn yanğınsöndürənlərin  aramsız müdaxiləsinə baxmayaraq hələ də  nəzarətə  alına bilməyib. Fəlakət nəticəsində Neuma uzanan yollardan biri get-gələ tamamilə bağlanıb.

Bosniya və Herseqovina Silahlı Qüvvələrinin helikopterləri ilə Xorvatiyanın Canadair təyyarələri də yanğınsöndürmə və xilasetmə fəaliyyətlərində  iştirak edir.



Әlaqәli Xәbәrlәr