Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb

Ukrayna Silahlı Qüvvələri Komandanlığından müharibənin 71-ci günündə açıqlama verilib.

1822908
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak Mariupol və Azovstal polad zavodlarından daha 500 ukraynalını xilas etdiklərini bildirib.

Andriy Yermak "Telegram" paylaşımında Mariupol və Azovstaldakı insanları xilas etmək üçün çətin şəraitdə növbəti təxliyə əməliyyatı həyata keçirdiklərini qeyd edib: 

“500-ə yaxın mülki şəxsi xilas edə bildik”. 

Birləşmiş Millətlər Təşkilatına (BMT) əməkdaşlığa görə təşəkkür edən Yerma, Ukraynanın mülki vətəndaşları və əsgərləri xilas etmək üçün təxliyə əməliyyatlarını davam etdirəcəyini vurğulayıb.

Ukrayna Rusiyanı Donetsk və Luqansk bölgələrinə tam nəzarəti saxlamaq və bu ərazilərlə qeyri-qanuni ilhaq edilmiş Krım arasında quru dəhlizi yaratmaq üçün hücumlarını davam etdirməkdə ittiham edib.

Ukrayna Silahlı Qüvvələri Komandanlığından müharibənin 71-ci günündə verdiyi açıqlamada Rusiya qüvvələrinin Mariupoldakı Azovstal obyektlərinə hücumlarını artırdığı, şərqdəki Popasna, Kreminna və Torske bölgələrində şiddətli döyüşlərin getdiyi bildirilərək, Ukrayna ordusunun da Xarxov və İzyum istiqamətində əks hücuma keçdiyi qeyd edilib.

Rusiya ordusu tərəfindən mühasirəyə alınan Mariupolda Azovstalda müqavimət göstərən Azak batalyonlarının komandir müavini Svyatoslav Palamar da Rusiya qüvvələrinin 3 gün əvvəl daxil olduqları Azovstal istiqamətində quru və hava hücumlarını artırdığını, bölgədə çətin və qanlı toqquşmaların davam etdiyini ifadə edib. 

Azovstalda çoxlu yaralı olduğunu qeyd edən Palamar prezident Volodimir Zelenskidən və beynəlxalq ictimaiyyətdən ölən əsgərlərin dəfni və yaralıların xilas edilməsinin təmin edilməsinə diqqət yetirməyi xahiş edib.

Digər tərəfdən, Rusiyanın Ukraynaya müharibə elan etməsindən sonra Rusiya qüvvələri ilə 9 dəfə reallaşan əsir mübadiləsi zamanı 324 ukraynalı xilas edilib.

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) verdiyi açıqlamada bu məhbus mübadiləsində prezident Volodimir Zelenskinin səylərinin vacibliyi vurğulanaraq, ukraynalıların xilas edilməsi üçün cəhdlərin davam etdiyi bildirilib.



Әlaqәli Xәbәrlәr