İsrail əsgərləri daha bir Fələstinlini yaralayıb

İsrail əsgərlərinin davam edən zorakılıqları  nəticəsində işğal altındakı İordan çayının qərb sahilinin şərqində daha bir Fələstinli  yaralanıb.

1818108
İsrail əsgərləri daha bir Fələstinlini yaralayıb

Fələstin Səhiyyə Nazirliyindən bu barədə  açıqlama yayılıb. Bildirilib ki, İsrail əsgərlərinin etdikləri atəş nəticəsində Eriha  kəndindən olan 20  yaşlı gənc ağır yaralanıb. Onun  müalicəsi reanimasiya şöbəsində davam  edir.  Nazirliyin  açıqlamasında gəncin şəxsiyyətinə dair  məlumat verilməyib.

 



Әlaqәli Xәbәrlәr