Zelenski: "Donetsk və Luqansk bölgələrini yer üzündən silmək istəyirlər"

Ukrayna prezidenti Zelenski son 4 gündə Rusiyanın Xarkovu bombalaması nəticəsində 18 nəfərin öldüyünü, 100-dən çox insanın yaralandığını açıqlayıb.

1813513
Zelenski: "Donetsk və Luqansk bölgələrini yer üzündən silmək istəyirlər"
kharkov hasar (3).jpg

Ukrayna prezidenti Zelenski son 4 gündə Rusiyanın Xarkovu bombalaması nəticəsində 18 nəfərin öldüyünü, 100-dən çox insanın yaralandığını açıqlayıb. "Onlar həm də Donetsk və Luqansk bölgələrini yer üzündən silmək istəyirlər", - Zelenski bildirib.
Ukrayna prezidenti Vladimir Zelenski 53-cü günündə Rusiya-Ukrayna müharibəsini dəyərləndirərkən, “Dünya Ukraynanın cənubundakı Xerson və Zaporojye bölgələrində işğalçıların hərəkətlərinə reaksiya verməlidir” deyib.

Rusiya ordusunun işgəncə otaqları qurduğunu iddia edən Zelenski "Bələdiyyə başçılarımız və tanınmış dərnək rəhbərlərimiz qaçırılır. Müəllimlər şantaj edilir. Təqaüdləri əllərindən alınır. Humanitar yardımlar oğurlanır. İnsanlar aclığa məhkum edilir" deyib.

Rusiya ordusunun ölkənin şərqində hücuma hazırlaşdığına diqqət çəkən Zelenski "Onlar Mariupolu məhv etməyə davam edərkən, sözün əsl mənasında, Donbassı da məhv etmək istəyirlər. Donetsk və Luqansk bölgələrini də yür üzündən silmək istəyirlər" deyib.

Zelenski davamlı bombardman altında olan Xarkov şəhərində son 4 gündə 18 nəfərin öldüyünü, 106 nəfərin yaralandığını bildirib.

Rusiya ordusunun hücumlarını "şüurlu terror" kimi qiymətləndirən Zelenski "Təbii ki, Rusiyadan neft tədarükünə sanksiya ehtiyacı günü-gündən artır. Artıq Avropada və Amerikada hər kəs Rusiyanın açıq şəkildə cəmiyyətlərində sabitliyi pozmağa cəhd etdiyini görməyə başladı" deyib.

Zelenski həmçinin sosial media hesabında BVF rəhbəri ilə görüşdüyünü və Ukraynanın maliyyə sabitliyi və müharibədən sonrakı bərpası məsələlərini müzakirə etdiyini bildirib.



Әlaqәli Xәbәrlәr