Yəməndə Husilərin atəşkəs pozuntuları davam edir

Yəmənin Həccə əyalətində husi snayperin açdığı atəş nəticəsində bir əsgər həlak olub.

1813766
Yəməndə Husilərin atəşkəs pozuntuları davam edir

Yəmən Silahlı Qüvvələrinin Kommunikasiya Mərkəzindən verilən açıqlamada, hadisənin Birləşmiş Millətlər Təşkilatının (BMT) atəşkəs elanına  baxmayaraq, çoxsaylı pozuntulardan biri olduğu vurğulanıb. Daha əvvəl hər iki tərəfdən atəşkəsin pozulması ilə bağlı müxtəlif açıqlamalar verilsə də, şənbə günü ilk dəfə Husilərin Cevf vilayətində açdığı atəş nəticəsində Yəmən ordusundan bir əsgərin həyatını itirdiyi açıqlanıb.

İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından paytaxt Səna və bəzi bölgələrə nəzarət edir.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından husilərə qarşı Yəmən hökumətinə dəstək verir.

BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq Yəmən hökuməti ilə husilərin aprelin 2-də yerli vaxtla saat 19:00-dan başlayaraq 2 ay müddətinə hava, quru və dəniz əməliyyatlarını dayandırmaq barədə razılığa gəldiyini açıqlayıb. Qrundberq tərəflərin Hudeyde limanına yanacaq daşıyan gəmilərin daxil olması və Sana hava limanından bölgədə əvvəlcədən müəyyən edilmiş nöqtələrə kommersiya uçuşları ilə bağlı da razılaşdıqlarını qeyd dib.



Әlaqәli Xәbәrlәr