Ukrayna və Rusiyanın itkilərə dair açıqlamaları

Fevralın 24-də Ukraynaya müharibə elan edən Rusiya ordusu 20 minə yaxın əsgər, 163 təyyarə, 144 helikopter və 756 tank itirib.

1812907
Ukrayna və Rusiyanın itkilərə dair açıqlamaları

Fevralın 24-də Ukraynaya müharibə elan edən Rusiya ordusu 20 minə yaxın əsgər, 163 təyyarə, 144 helikopter və 756 tank itirib.

Ukrayna Baş Qərargahı fevralın 24-dən aprelin 15-dək Rusiya ordusunun itkiləri ilə bağlı məlumat açıqlayıb.

Buna görə, Ukraynaya hücum edən Rusiya ordusundan təxminən 20 min əsgər öldürülüb, 163 Rusiya təyyarəsi, 144 helikopter, 756 tank, 1976 zirehli texnika, 366 top, 122 raket atma sistemi və 66 hava hücumundan müdafiə sistemi məhv edilib.

Rusiya qüvvələri həmçinin 1443 maşın, 8 gəmi və yüngül sürətli qayıq, 76 yanacaq daşıyan maşın və 135 pilotsuz uçuş aparatını (PUA) itirib.

Digər tərəfdən, Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı müharibədəki hərəkətləri ilə bağlı açıqlamalar verib. Konaşenkov "Dünən Rusiyanın Bryansk bölgəsində yerləşən Klimovo yaşayış məntəqəsində dinc sakinlərə hücum edən Ukraynaya məxsus Mi-8 döyüş helikopteri Çerniqov bölgəsindəki Horodnya yaşayış yeri ətrafında S-400 hava hücumundan müdafiə sistemi ilə vurulub” deyib.

Konaşenkov bildirib ki, Kiyev yaxınlığında hərbi ünsür yüksək dəqiqlikli “Kalibr” qanadlı raketləri ilə vurulub. Hücum nəticəsində “Vizar” avtomobil zavodunun uzun və orta mənzilli zenit və gəmi əleyhinə raketlərin istehsalı və təmiri ilə məşğul olan hissələri məhv edilib.

Mariupol şəhərində bir polad zavodunun ələ keçirildiyini bildirən Konaşenkov bu gecə Ukraynaya aid 13 hərbi ünsürün qırıcılar tərəfindən məhv edildiyi barədə məlumat paylaşıb.

Konaşenkov fevralın 24-dən bu günə qədər cəmi 132 təyyarə, 105 helikopter və 245 hava hücumundan müdafiə raket sistemi, o cümlədən 456 İHA, 2 min 213 tank və zirehli texnika, 249 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 966 haubitsa və minaatan və 2 min 110 xüsusi hərbi maşının məhv edildiyini söyləyib.

Konaşenkov həmçinin bəyan edib ki, Ukraynanın Xarkov vilayətinin İzyumsk qəsəbəsində 30 polşalı muzdlu məhv edilib.



Әlaqәli Xәbәrlәr