Türkiyənin Ukraynadakı səfirliyi Buçadakı hadisələrin dəhşətli olduğunu bildirdi

Türkiyənin Ukraynadakı səfirliyi Buça və İrpindən mətbuatda əksini tapan görüntülərin “dəhşətli” olduğunu və günahsız mülki şəxslərin hədəf alındığını bildirib.

1807069
Türkiyənin Ukraynadakı səfirliyi Buçadakı hadisələrin dəhşətli olduğunu bildirdi

Türkiyənin Ukraynadakı səfirliyi paytaxt Kiyev yaxınlığındakı müxtəlif bölgələrdən, o cümlədən Buça və İrpindən mətbuatda əksini tapan görüntülərin “dəhşətli” olduğunu və günahsız mülki şəxslərin hədəf alındığını bildirib.

Türkiyənin Kiyevdəki səfirliyinin "Twitter" hesabında paylaşılan açıqlamada "Günahsız mülki şəxslərin hədəfə alınması heç vaxt qəbuledilməzdir. Əsas gözləntimiz məsələnin müstəqil araşdırmaya məruz qalması və məsuliyyət daşıyanların müəyyən edilməsidir. Türkiyə müharibənin ilk günündən bəri olduğu kimi bu cür utanc verici səhnələrin tez bir zamanda sona çatması və sülhün təmin edilməsi üçün çalışmalarını davam etdirəcək” deyilib.

Qeyd edək ki, aprelin 1-də Kiyev yaxınlığındakı Buça şəhərini Rusiya qoşunlarından azad edən Ukrayna ordusu binaları dağıdılmış, meyitlərlə dolu şəhərlə qarşılaşıb. Kiyev yaxınlığında azad edilmiş yaşayış məntəqələrində 410 mülki şəxsin cəsədi tapılıb.



Әlaqәli Xәbәrlәr